• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 02.02.2021 17:25

AQTA sahibkarlara müraciət etdi

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi Beynəlxalq tələblərin pozulması faktları ilə bağlı sahibkarlara müraciət edib. Qida sahəsində idxal-ixrac əməliyyatları zamanı sahibkarlar diqqətli olmağa, qanunvericiliyin tələblərinə əməl etməyə, idxalçı ölkənin tələblərini nəzərə almağa çağılır. Bu sahədə normativ texniki aktların tələblərinə cavab verməyən, qablaşdırılmada istifadə edilən taxta paletlərində etiketlənmə və markalanma qaydalarına dair beynəlxalq tələblərə uyğun olmayan qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə və satışına yol verilməyəcək.