• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 02.02.2021 10:31

Gəncədə “Dəli Tural” silahla tutuldu

KepezTV Player

Gəncə polisi qanunsuz saxlanılan silah-sursatın müsadirəsi istiqamətində tədbirləri davam etdirilir. Növbəti əməliyyat zamanı “Dəli Tural” ləqəbli Tural Atakişiyev saxlanılıb.

Tural Atakişiyevin silah saxlaması barədə əməliyyat məlumatı Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə daxil olub. Keçirilən tədbirlər nəticəsində şəhər sakini, əvvəllər kriminal aləmdə “Dəli Tural” ləqəbi ilə tanınan 34 yaşlı Tural Atakişiyev üzərində gəzdirdiyi odlu silahla saxlanılıb. Ondan  1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin tapançaya aid sandıqdan isə 4 ədəd atəşə yararlı 9 mm kalibirli patron götürülüb.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Götürülən maddi sübutlar ekspertiziyaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Saxlanılan şəxs silahı zibillikdən tapdığını və bir müddət yaşadığı evin yaxınlığında gizlətdiyini deyib. Polis tərəfindən saxlanılmazdan əvvəl isə tapançanı gizlətdiyi yerdən götürüb tapdığı əraziyə atmaq üçün üzərində daşıdığını bildirib.

Tural Atakişiyev saxlanılan şəxs: Yaşadığım yerdə bardurun altında gizlətmişdim. Sonra da baxdım bağçada təmir gedir. Dedim birdən uşaqların əlinə keçər. Götürdüm eyni istiqamətdə də tullamağa aparırdım. Polis əməkdaşları tərəfindən saxlanıldım. Gətirdilər üstümə baxış keçirdilər. Əməlimdən çox peşmanam. Çünki ora yox polis idarəsinə getməliydim.

Hazırda aşkarlanan silahdan hər hansı bir cinayətdə istifadə olunub olunmadığı araşdırılır.

Natiq Hüseyn