• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 01.02.2021 16:05

Aeroportda yarım milyon manatlıq brilyant ələ keçirildi

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib. Təkrar baxış zamanı çamadanda olan kakao qutuları, nəm salfet paketi və şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar çıxarılıb. Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilliant qaşların ümumi kütləsi 3901,60 karat, orta qiyməti təxminən 485 min manat təşkil edib.