• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 01.02.2021 10:43

Gəncədə kriminal aləmin üzvü olan “İska və Emoş” ləqəbli avtoritetlər saxlanılıb

KepezTV Player

Əvvəllər məhkumluq həyatı yaşayan həmin şəxslərdən odlu silahla yanaşı, narkotik vasitə də götürülüb.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdşaları cinayətkarlığa qarşı mübarizə tədbirlərini davam etdirirlər. Növbəti əməliyyat nəticəsində şəhər sakini əvvəllər məhkum olunmuş “Emoş” ləqəbli Emil Rzayev idarə etdiyi avtomobillə birgə saxlanılıb. Maşına baxış zamanı oradan naqan tipli odlu silah, üzərindən isə 1,16 qram heroin aşkarlanıb.

Ayaz Əhmədov müstəntiq Gəncə şəhər sakini Rzayev Emil Mobil oğlu şübhəli şəxs qismində saxlanaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Baxış zamanı üzərindən heroin və naqan tipli tapança həmin silaha aid iki ədəd gülləsi ilə birlikdə aşkar edilərək götürülüb.

Emil Rzayev saxlanılan şəxs Silahı çayın kənarından körpünün altından tapmışdım. İki üç il bundan əvvəl tapmışdım, elə də saxlayırdım. Torpağın altına basdırıb gizlətmişdim. 10 gün olar çıxarıb təmizlədim. 

Kəpəz rayon Polis İdarəsinin əməkdaşları isə krimanl aləmin üzvü - şəhər sakini 43 yaşlı “İsqa” ləqəbli  İsmayıl İrzayevi saxlayıblar. Üzərindən 1,88 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Evdən narkotik vasitə və odlu silah tapılıb.  

Füzuli Şıxıyev Kəpəz Rayon Pİ-nin Təhqiqat Bölməsinin rəisi Atəşə yararlı odlu silah hesab edilən AK-74 kalaşnikov markalı avtomat, həmin avtomata aid 1 ədəd daraq, darağın içərisində 30 ədəd döyüş sursatı hesab edilən 5-45 kalibirli avtomat güllələri, həmçinin 11,165 qram heroin aşkar edilərək götürülüb.

Ömrünün 14 ilini dəmir barmaqlıqlar arasında keçirən İrzayev narkotik istifadəçisi olduğunu etiraf edib. O ki qaldı odlu silaha, saxlanılan şəxs onunla bağlı maraqlı açıqlama verib.

İsmayıl İrzayev saxlanılan şəxs Silahı saxlayırdım ona görə ki, yəni kişinin silahı olar. Yəni birdən işdi nə isə olsa, cavab verə bilək. O da gördük əmələ gəlmir. Yəni sakitçilik lazımdır. Məsləhətlə olan şeylərdir. Narkotikidə Bakıdan üç ay öz istifadəm üçün almışdım. İstifadə edənəm.

İsmayıl İrzayevin üzərindən və evindən aşkarlanan narkotik vasitə ekspertizaya təqdim olunub. Hazırda odlu silahdan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması istiqamətində araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn