• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 30.01.2021 12:45

MHP nümayəndələri Şuşada tikiləcək məktəblə bağlı Azərbaycana gəlib

KepezTV Player

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının nümayəndə heyəti Şuşada inşa ediləcək məktəb üçün yer müəyyənləşdirmək məqsədilə Azərbaycana gəlib.

Heyət bu gün məktəb üçün Şuşa şəhərinə gedəcək, müvafiq araşdırmalar aparacaq və yer müəyyənləşdirəcək.

Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı Şuşada Üzeyir Hacıbəyovun adını daşıyan məktəb tikintisi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevdən icazə istəyib, onun istəyi müsbət qarşılanıb. Doqquz illik məktəbin Azərbaycan Himninin bəstəkarı Üzeyir Hacıbəyovun adını daşıyacağı və təməlatma mərasiminin yanvarın 30-da keçirilə biləcəyi vurğulanmışdı.