• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2077
— 30.01.2021 12:32

Azad edilmiş ərazilərdə dövlət orqanlarının strukturları yaradılır

KepezTV Player

Baş nazir Əli Əsədov 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb. Aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları azad edilmiş ərazilərdə mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini martın 1-dək İqtisadiyyat və Maliyyə nazirliklərinə təqdim etməlidirlər. Azad edilmiş ərazilərdə sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflər də martın 1-dək İqtisadiyyat və Maliyyə nazirliklərinə təqdim edilməlidir.