• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 30.01.2021 12:26

Birgə Monitorinq Mərkəzi bu gündən fəaliyyətə başlayıb

KepezTV Player

Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Mərasimdə Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub.Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.Monitorinq Mərkəzində Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.Türkiyəli şəxsi heyətə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.Açılış tədbiri  Azərbaycan, Türkiyə və Rusiya rəsmilərinin ağacəkmə mərasimi ilə yekunlaşıb.