• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2214
— 29.01.2021 19:36

Samux məktəblərində dezinfeksiya işləri intensivləşdirilib

KepezTV Player

Samux rayonunda təhsilin qismən bərpası ilə əlaqədər olaraq məktəblərdə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Məktəblərdə istiliklə bağlı vəziyyət də yaxşılaşdırılırb.

Samuxda koronovirus pandemiaysı səbəbindən bağlanan məktəblərin açılmasına ilk sevinənlər ibtidai sinif şagirdləridir. Rayon məktəblərində artıq bir neçə sanitar təmizlik və dezinfeksiya işləri aparılır. Ötən il Heydər Əliyev Fondu tərəfindən inşa olunan Sərkar kənd tam orta məktəbində də hazırlıq işləri başa çatdırılıb.

Afaq Möyləyeva Sərkar kənd tam orta məktəbinin direktoru Sərkar kənd tam orta məktəbi müasir istilik sistemi ilə təchiz olunub. Tədrisin bərpası ilə əlaqədər məktəbdə dezinfeksiya işləri aparılıb. Məktəbə tədrisə tam hazırdır. Fevral ayının 1-dən 19 sinif üzrə 340 şagird tədrisə cəlb olunacaq.

Sərkar kənd tam orta məktəbində görülən qabaqlayıcı tədbirlərlə yanaşı maddi texniki baza da güclədnirilib. Xüsusi ilə məktəbin tibb otağı tibbi ləvazimatlarla təchiz edilib.

Samux rayonunda mövcud olan ümumtəhsil məktəblərində bu cür tibb otaqları da yaradılıb. Yəni dərs zamanı hər hansı bir şagirdin səhhətində narahatlıq yaranarsa dərhal bu otaqda ilkin tibbi yardım göstərilir və daha sonra yaşadığı ünvana yola salınır.

Sərkarla qonşuluqda yerləşən Ziyatlı kəndində də məktəb tədrisə hazır vəziyyətə gətirilib. Sinif otaqlarında sonuncu dezinfeksiya işləri aparılıb. Qaz cihazları və digər avadanlıqların sazlığı yoxlanılıb.

Şəfəq Alıyeva Ziyatlı kənd tam orta məktəbinin direktoru Məktəbimizdə 25 sinif komplekti var. Onlardan 9-u ibtidai siniflərdir. Şagirdlərin təhsilə cəlb olunması üçün hazırlıq tam başa çatdırılıb.

Rayonun ən böyük yaşayaş məntəqələrindən olan Qarayeri qəsbə 1 saylı məktəb-liseydə də növbəti dezinfeksiya və təmizlik işləri aparılıb. İlkin mərhələdə 300-dən çox şagirdi tədrisə cəlb olunacaq məktəbdə qış mövsümü ilə bağlı hazırlıqlar tam başa çatdırılıb. İstilik sistemləri saz vəziyyətə gətirilib.

Bəsti Mahmudova Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin direktoru Demək olar ki, məktəbi tam hazır vəziyyətə gətirmişik. Hal-hazırda da məktəbdə lazımı işlər görülməkdədir. Siniflərimiz hazır vəziyyətdədir. Tam heyətlə dərsin başlanmasına hazırıq.

Ümumilikdə Samux rayonu üzrə ilkin mərhələdə 287 sinif üzrə 4487 şagird təhsilə cəlb olunacaq. Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, şagird sıxlığı az olunan bir neçə məktəbdə 5 günlük ənənəvi təhsilə keçiləcək.

Vüsal Cəfərov Samux Rayon Təhsil Şöbəsinin müdir müavini 6 məktəbdə şagird sıxlığı az olduğuna görə həmin məktəblərdə əyani tədrisə keçid olacaq. Bu məktəblərdə əyani tədrisə keçid olacaq. Bu məktəblər Seyidlər, Sarıqamış və Zazalı kənd tam orta məktəbləri, həmçinin Qədili, Qararx və Salahlı kənd ümumi orta məktəbləridir.

O  ki qaldı məktəblərin istiliklə təchizatına, rayonda 23 məktəb mərkəzi qazanxana, 12 məktəb isə odunla qızdırılacaq. Aparılan dezinfeksiya işləri isə sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamağa imkan verir.  

 

Natiq Hüseyn