• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 28.01.2021 12:35

Milli park əməkdaşlarına silahlı hücum olub

KepezTV Player

Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.Araşdırmalarla müəyyən edilib ki, ötən gün saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadə qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəşə tutulublar. Nəticədə milli park əməkdaşları xəsarət alıblar. Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.