• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 27.01.2021 13:34

Musiqi məktəbinin uşaların inkişafında rolu

KepezTV Player

"Musiqi ruhun qidasıdır" sözünü eşitməyən yoxdur. Bu söz əbəs yerə deyilməyib. Ruhumuz, beyniyimiz xəstələnmədiyi müddətcə  bədənimizin də xəstələnməməsi ehtimalı  bir o qədər çoxdur. Musiqi insan dünyaya gəldiyi andan həyatında güclü mədəni təsirə malikdir. O, estetik və mənəvi zövqün ən ali mənbəyidir. Məhz buna görə də müasir uşaqların bədii-estetik tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında musiqinin  xususi  əhəmiyyəti  var.

Hər bir valideyn övladının yaradıcılıq seçimlərinə böyük məsuliyyətlə yanaşır və onu düzgün istiqamətdə yönləndilməyə çalışır. Nənələrimizin oxuduğu uşaq mahnıları,milli rəqslərin melodiyaları uşaqlara özünü tanımağa kömək edir. Uşaqların eşitdiyi hər bir musiqi onun psixologiyasına,daxili aləminə təsir göstərir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən musiqi məktəblərinin xidməti danılmazdı.. Gənc nəslin estetik tərbiyəsi, istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi bu məktəblərin ən ümdə vəzifələrindən biridir.

 Musiqi məktəblərində milli musiqimizin şagirdlərə hərtərəfli öyrədilməsi imkan verəcəkdir ki, onlar gələcəkdə musiqi mədəniyyətimizin, milli dəyərlərimizin daşıyıcılarına çevrilsinlər. Ona görə də musiqi məktəblərində təhsil alan şagirdlərə gələcəyin qurucusu, milli dəyərlərimizin, mədəniyyətimizin daşıyıcısı kimi baxılmalıdır. Hər bir şagirdlə fərdi qaydada məşğul olunmalı, istedadı olan gənclər üzə çıxarılmalıdır. Bəs gəlin görən mövcud şəraitdə bu nə dərəcədə mümkündürmü? Umumbəşəri bəla  olan pandemiya müsiqi məktəblərində hansı problemləri yaradıb?