• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 26.01.2021 12:48

Gəncə-Gürcüstan sərhədi yolu genişləndirilir

KepezTV Player

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir. Layihəyə əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək. Yol boyu yeni torpaq yatağının tikintisi aparılaraq yekunlaşdırılıb. Hazırda suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Tikinti işlərinin bu ilin sonu, növbəti ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır.