• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 26.01.2021 12:36

Tankçılar Həzi Aslanovun ata ocağını ziyarət ediblər

KepezTV Player

Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən mərdlik və fədakarlıq göstərərək düşmənin əsas qruplaşmalarının və döyüş texnikasının məhv edilməsində fərqlənən bir qrup tankçı, eləcə də, şəhid tankçıların ailə üzvləri, qazilər Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini, həmçinin ev muzeyini ziyarət ediblər. Görkəmli hərbi xadimin adını daşıyan Xatirə parkında abidəsi qarşısına, büstü önünə əklil qoyulub, xalqımızın qəhrəman oğlunun, şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Ziyarətçilər görkəmli sərkərdənin ev muzeyində fotosərgi və muzeyin ekspozisiyası ilə tanış olublar. Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən foto, sənəd və digər nadir eksponatlar haqqında ətraflı məlumat verilib.