• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 26.01.2021 12:36

Cəbrayıl rayonunun Karxulu kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndindən videogörüntülər paylaşıb.1993-ci ildə düşmən əsarəti altına düşən kənd 4 oktyabr 2020-ci ildə işğaldan azad olunub.Düzənlikdə yerləşən yaşayış məntəqəsini XIX əsrdə Qarabağdan gəlmiş Allahverdi və Xudaverdi adlı qardaşlar Karxulu adlanan yerdə salıblar. Yerli əhalinin məlumatına görə, ərazi Kar Qulu şəxs adı ilə bağlıdır. Qədim türk dillərində isə karqu/karxu sözü "gözətçi məntəqəsi" mənasında işlənilib. Oykonimin "gözətçi məntəqəsi olan yer" mənasında olması ehtimal edilir.Karxulu əhalisinin əsas təsərrüfatı heyvandarlıq olub.