• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2014
— 26.01.2021 12:33

Füzuli rayonunun Kürdlər və Dövlətyarlı kəndi

KepezTV Player

Füzuli rayonunun Kürdlər kəndindən videogörüntülər yayımlanıb.

Kənd 1993-cü il avqustun 17-də erməni işğalçıları tərəfindən zəbt olunub. Vaxtilə kənddə iki uşaq baxçası, bir orta məktəb, bir klub fəaliyyət göstərib. Hazırda orada bir dənə tikili belə qalmayıb.Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində 20 oktyabrda rayonun özü və digər kəndləri, ətrafdakı yüksəkliklər düşməndən azad edilib. Kürdlər kəndinin sakinləri "böyük qayıdışı" səbirsizliklə gözləyirlər.

Daha bir görüntü rayonun Dövlətyarlı kəndindəndir.Kəndin adı Səfəvi Şahı- Şah İsmayıl Xətainin Dövlətyar adında yüzbaşısının adından götürülüb. Kəndi Dövlətyarlı nəslindən olan ailələr saldığı üçün belə adlandırılıb.Kənd Füzuli rayonunun mərkəzindən 4 km şimalda, Köndələn çayının sol sahilində yerləşir. Qarabağ silsiləsinin ətəyindədir, xoş xoş iqlimi var. Belə ki, burada bütün fəsillər oldugu kimi özünü göstərir. Kəndin ətrafı yüksək və alçaq təpələrlə əhatə olunub.