• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 25.01.2021 19:14

Bir kitab - bir heyvan yemi

KepezTV Player

Yer üzündə saysız hesabsız sahibsiz küçə heyvanları var. Hansılar ki, həqiqətən də yardıma, mərhəmətə, bir tikə yemə möhtacdır. Maraqlı ideya ilə kitab satışı həyata keçirən gənclər qismən də olsa heyvanların müdafiəsinə çalışırlar.

Ölkəmizdə hər nə qədər sahibsiz heyvanların müdafiəsi üçün təşkilatlar yaradılsa da yenə də, küçələrdə belə canlılara rast gəlirik. Biz isti evimizdə, yemek yeyib, yatanda küçədə, bacada soyuqdan üşüyərək, bəlkə də ac olan heyvanların varlığı barədə heç düşünmürük bəlkə də.

Şəhər sakinləri arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, Kimisi heyvanların müdafiəsi üçün əlindən gələni edir, yemək alıb üzərində gəzdirir, kimisi isə biganə yanaşmağa davam edir.

Gəncə şəhərində yerləşən, hazırda online fəaliyyət görsədən kitab mağazası isə, hər kitab alana bir heyvan yemi hədiyə edir. Bununla sahibsiz heyvanlara göstərilən qayğını nümayiş etdirməklə onların ac qalan qarınlarını doyurmaq məqsədi güdülür.

Mən şəxsən hər ay kitab mağazasından ən azı 3 kitab alıb, öz rəfimə yerləşdirirəm. Heyvanlara qarşı fobiyam olsa belə, bu təşəbbüsə qoşulmağı və gəlmişkən bir kitab alıb, bir heyvan bəsləməyi özümə borc bildim.

Planetimizdəki heyvanları qorumaq həssaslıqla yanaşılan, qayğı tələb edən bir amildir. Onları necə qorumağı bacarmalı, bu dünyanın onların rahat yaşaya biləcəyi məkan olmasını təmin etmək fikrini özümüzə aşılamalıyıq.

Nərgiz Əhmədqızı