• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1993
— 25.01.2021 19:36

Şəhid ailələri və əlilliyi olanlara mənzillər veriləcək

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Prezidentlə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

Dövlət başçısı görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında da Sərəncam verib.