• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 25.01.2021 16:10

Xəstəxana direktorunun tutulmasının əməliyyat görüntüləri yayıldı

KepezTV Player

Uzun müddət Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən  Cəlil Nəzərovun həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəzərovun ona müraciət edən iki nəfərdən xəstəlik tarixçələrinin hazırlanması və göndərişin reyestrə salınması müqabilində tələb etdiyi 4500 manat pulu 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb ocağının inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan  Davud Sultanlı vasitəsilə rüşvət qismində almasına şübhələr müəyyən olunub. Habelə, işlədiyi dövrdə çoxlu sayda bu kimi əməllər törədib. İş üzrə Nəzərovun xidməti otağında və digər aidiyyəti ünvanlarda 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyənləşdirilməsi və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkarlanaraq götürülüb.Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əməliyyat-istintaq tədbirləri davam etdirilir.