• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2416
— 25.01.2021 09:20

Karantin qaydaları yumşaldılır

KepezTV Player

Yumşadılan sərt karantin rejimi bəzi sahələrdə yenidən canlama yaradır. Əsasən alış-veriş üçün səbrsizlənənlər, gözəllik salonları və bərbərə getməkdə tələsənlər, eləcə də muzeyləri ziyarətə getmək istəyənlər, bu gündən məhdudiyyətlər aradan qaldırılıb. Ancaq gözlənilməli olan tələblər də var.

Səhər saatlarından geyim və ayaqqabı dükanları öz qapılarını müşətirilərin üzünə açıb. İşçilər uzun müddət idi faəliyyət göstərməyən dükanlarda səliqə-səhman yaratmaqla alıcıların yolunu gözləyir. Lakin sosial izalyasiya qaydalarına riayət edilməklə. Mağazaların girişinə xəbərdaredici məlumatlar yapışdırılıb, tibbi spirt qoyulub.

Ruhiyyə Məmmədova - satıcı: Biz yanvarın 25-dən açılış etmişik. Təmizlik olub. Maskadan istifadə edirik, müştərilərimiz də gələ bilərik. İçəri girən şəxs də maska ilə girir. Maskasız olan şəxsi içəri buraxmırıq.

Ramin Əhmədov - mağaza müdiri: Tibbi maskadan istifadə edirik. Yazıb yapışdırmışıq ki, maskasız giriş qadağandır. Eyni zamanda bütün sosial izalyasiya qaydalarına riayət olunaraq müştərilərin xidmətindəyik.

Həmçinin karantin qaydalarının yumşaldılması ilə əlaqədar bərbərxanalar, gözəllik salonları da müşətirilər üçün əlçatan olub.

Elcan Musayev - müştəri: Bu gün saçımı qırxdırmağa gəlmişəm. Bütün qaydalara riayət olunur. Maskadan, spirtdən istifadə olunur, hər şey yaxşıdır.

Coşqun Məmmədov - bərbər: Bərbər kimi fəaliyyət göstərirəm. Bir ay idi ki, işləmirdik. Fəaliyyətimiz dayanmışdı. Bu gündən fəaliyyətimiz bərpa olundu, işləyirik. Müştərilərimiz sosial məsafəyə riayət edir. Spirtdən, maskadan istifadə edirik. İnşallah pandemiya dövrünü yaxşı başa vurarıq.

Operativ qərargah tərəfindən bu günləri muzeylərin də fəaliyyətinə icazə verilib. Biz hal hazırda İsrafil Məmmədov adına ev muzeyindəyik. Gördüyünüz kimi ziyarətçilər muzeyə gəlib və bələdçi tərəfindən muzey haqqında məlumat verilir.

Gəncədə fəaliyyət göstərən 4 muzey və mərkəzdən biri olan İsrafil Məmmədov ev muzeyində ziyarətçilərə sosial izalyasiya qaydalarına uyğun ara məsafəsi saxlanmaqla məlumatlar verilir. Ev muzeyində 516 ekspanat saxlanılır. Bu ekspanatların da əksəriyyəti İsrafil Məmmədova eləcədə qohumlarına aidir. Burada onun şəkilləri, ona göndərilən hədiyyələr və İsrafil Məmmədov haqqında kitablar, qəzet və jurnallar da ziyarətçilərə təqdim edilir.

Azad Novruzov - şagird: 11-ci sinif şagirdiyəm. Bu gün muzeylər açıldı. Gəldim muzeydə şahidi oldum İsrafil Məmmədov haqqında məlumatlarımı topladım. İlk dəfədir gəlirəm. Əyani şəkildə gördüyüm üçün bu mənim gələcəkdə təhsilimdə yardım dəyəcəkdir.

Eldəniz Babayev - İsrafil Məmmədovun ev muzeyinin direktoru: Uzun müddət idi ki, muzeylər bağlı idi. Bu gün ayın 25-dən Nazirlər kabinetinin qərarına əsasən bütün muzeylər açılıb. O cümlədən İsrafil Məmmədov ev muzeyi də tamaşaçıların üzünə açılıbdı. Qonaqlarımız gəlir. Muzey 1985-ci ildə qəlbənin 40 illiyi ilə bağlı açılıb. Təzə açılanda muzeydə 28 ekspanat var idi. Hazırda 516 ekspanat yerləşir. Muzeyimiz daima tamaşaçıların üzünə açıqdı.

Yeni qaydalara görə şəhər və rayonlararası hərəkət də tam bərpa olunub. Giriş-çıxışdakı postlar götürülüb. Ölkədə xüsusi karantin rejimi isə aprelin 1-dək qüvvədədir.

 

Elnur Vahidoğlu