• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1485
— 25.01.2021 09:39

Partlamamış hərbi sursatlar aşkarlanıb

KepezTV Player

Azərbaycan Minatəmizləmə Agentliyinə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə 11 müraciət daxil olub. 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.Agentliyin partlayış qrupu tərəfindən 13 ədəd partlamamış hərbi sursat , 68 ədəd mina və 2 ədəd bombacıq zərərsizləşdirilib.