• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 25.01.2021 12:01

MİQ-in növbəti müsahibə mərhələsinə e-sənəd qəbulu başlayır

KepezTV Player

Bu gündən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır. Proses 25-27 yanvar tarixlərini əhatə edəcək. Namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.