• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 22.01.2021 15:40

XİN Avropa Parlamentinin qətnaməsini pisləyib

KepezTV Player

"Bu il yanvar 20-də Avropa Parlamentinin qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Avropa İttifaqının dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrinin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra qurumun mövqeyində hər hansı dəyişiklik baş vermədi". Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara da aydınlıq gətirərək bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı Azərbaycanın mövqeyinin bəlli olduğunu bildirib. "Bu mövqe ilə tanış olmayan Avropa Parlamantinin üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur; tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur" - deyə Abdullayev əlavə edib.