• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 22.01.2021 15:26

Müdafiə Nazirliyi Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayıb

KepezTV Player

1993-cü ildə Ermənistan tərəfindən işğal olunan kənd 20 oktyabr 2020-ci ildə silahlı qüvvələrimiz tərəfindən azad edilib. Qarğabazar Qarabağ silsiləsinini ətəyində yerləşir. Оrta çağlara bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. 1727-ci ildə Оsmanlı qaynağında Qarğabazarı kəndinə aid bilgi var. Ümumiyyətlə, bu toponim haqqında müxtəlif fikirlər mövcuddur. Şərqi Türkiyədə orta əsrlardə Qarğabazar adlı yaşayış məntəqəsi olduğuna görə, bu kəndin əsasını naməlum səbəbdən oradan köçüb gəlmiş ailələrin qoyması ehtimal edilir. Başqa mülahizayə görə, kəndin adı türk dillərindəki karqa - vulkan daşı və bazar - bir şeyin bol olduğu yer sözlərindan ibarətdir. Qarabağın qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşib.