• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 22.01.2021 09:14

Quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İsveç, İraq və Vyetnam ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alındığından bu ölkələrdən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç, İraq və Vyetnamdan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. AQTA başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirləri həyata keçirməkdə davam edir.