• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 21.01.2021 20:42

Vətəndaşlara 33,4 mln. manat qaytarılıb

KepezTV Player

Azərbaycanda 2020-ci il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.

Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb. Nazirin sözlərinə görə, ilin innovasiya layihəsi nominasiyasının qalibi seçilən "ƏDV geri al" həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.

Ötən ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.