• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1040
— 21.01.2021 20:38

Şəmkirdə kütləvi vaksinayaya başlanılıb

KepezTV Player

Şəmkir rayon sakinləri də COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında yaradılan 4 vaksin otağında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bilən tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Sevda Məmmədova tibb işçisi: Məndə bir tibb işçisi olaraq Bu günkü vaksinasiyaya çox müsbət yanaşdım. Şəxsən özümdə bu peyvəndi qəbul etdim. Tibbi persional çox sağ olsun. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığa səbəb yoxdur.

Coşqun Yusibov həkim: Mən birincisi deyim mart ayının 23-dən bizim Şəmkir Rayon Mərkəzi Xəstəxanası koronovirusa bağlanıb. Özümdə koronoviruslu xəstələrin müalicəsi üzrə çalışıram. Bu dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam heç bir kənar reaksiya yoxdur.

Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

Yusif Quliyev Şəmkir RMX Publik Hüquqi şəxsin direktoru: Rayonumuzda ilk növbədə, mən də peyvənd olundum. özümü yaxşı hiss edirəm, heç bir yan təsiri yoxdur. Təlimata əsasən ilkin olaraq biz səhiyyə işçilərini vaksin edəcəyik. Çünki ən böyük risk qrupuna səhiyyə işçiləri daxildir.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib.

Natiq Hüseyn