• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 20.01.2021 09:11

Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb

KepezTV Player

Son 2 gün ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd piyada əleyhinə mina, 63 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə mina partladıcısı, 5 ədəd 14,7 mm-lik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.