• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 20.01.2021 09:29

Psixoloqlar üçün təlim keçirilib

KepezTV Player

Gəncədə orta məktəb pisxaloqları onlayn təlimlərə cəlb edilib. Psixoloqların problemləri və onlara hansı formada dəstək olmağın mümkünlüyü müzakirə edilib. Həmçinin onların peşəkar inkişafını təmin edə bilmək üçün atılacaq addımlar dan danışılıb. İllik fəaliyyət planına uyğun olaraq Təhsil İdarəsi tərəfindən görməli işlər barədə məlumat verilib. Məktəblərin pandemiyadan sonrakı fəaliyətində şagirdlərin adaptasiyası kimi məsələlər də diqqət mərkəzində olub.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Biz bu prosesi müəyyən formada nəzarətdə saxlayırıq. Bəzi pisxaloqlarımız müəyyən problemləri olan uşaqlarla işləyirlər. Dərslər onlayn olduğu üçün uşaqların komputerdən istifadə saatı artığı üçün onları əlavə olaraq yormağı düşünmürük. Düşünürük ki, necə edək ki, məktəbə qayıtdıqda adaptasiyanı daha rahat keçirsinlər. Uzun müddət ev şəraitində qalmaq, bu sıxıntıları yaşamış məktəblilər bunu necə keçsinlər, pandemiyyanın çox dərin izi qalmasın və onlar daha rahat keçid edə bilsinlər.