• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 20.01.2021 09:15

Qarabağın bərpasında Yaponiya şirkətləri də iştirak edəcək

KepezTV Player

Yaponiya işğaldan azad olunan ərazilərdə elektroenergetika sahəsinin bərpasında iştirak etmək niyyətindədir. Bu barədə Yaponiyanın ölkəmizdəki səfiri Cu-niçi Vadan Energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə bildirib.Diplomat Azərbaycan torpaqlarının  erməni işğalından azad olunması, ərazi bütövlüyünün bərpasının ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini vurğulayıb. Pərviz Şahbazov isə işğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərin bərpa olunan enerji potensialı haqqında məlumat verib.