• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1502
— 20.01.2021 09:18

Qanla yazılan şanlı tarix - 20 Yanvar!

KepezTV Player

Hazırda 20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 274 nəfər Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Dövlət başçısının Fərmanı ilə bu təqaüdlər cari ilin əvvəlindən növbəti dəfə artırılaraq şəhid ailələri üçün 300 manatdan 500 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb.Bu təqaüdlə yanaşı, onların pensiya, yaxud müavinətlə təminatı da həyata keçirilir, şəhid ailələrinin pensiyalarına əlavə hesablanıb.Şəhid ailələrinin övladları, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların özləri və övladları təhsil haqqı ödəməkdən azad edilir.