• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 19.01.2021 19:57

Əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib

KepezTV Player

Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunan torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir. Aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə yanvarın 18-də Rusiya tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib. Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.