• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 19.01.2021 15:45

Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürüləcək

KepezTV Player

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin yaxın gələcəkdə Şuşaya köçürülməsi planlaşdırılır. Bunu icmanın sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Qeyd edib ki, Qarabağdan məcburi köçkün düşmüş insanlar olaraq artıq geriyə dönmək planlarını dəqiqləşdirdiklərini bildiriblər. “Tez bir zamanda mümkün olduğu təqdirdə artıq biz fəaliyyətimizi bilavasitə Qarabağ bölgəsində davam etdirəcəyik” - deyə Gəncəliyev vurğulayıb.