• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 19.01.2021 15:28

2778 şəhidin ailə üzvlərinə pensiya, müavinət və təqaüd təyin edilib

KepezTV Player

Dövlət Sosial Müdafiə Fondu bu günədək artıq 2778 şəhidin 6790 ailə üzvünə sosial təminat növləri üzrə  ödənişlər təyin edib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir. Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.