• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 19.01.2021 15:43

İki su mənbəyi bərpa olunub

KepezTV Player

Şuşa şəhərinin su təchizatının bərpası ilə bağlı işlər davam etdirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, artıq Zarıslı və Kiçik Kirsdənə gələn su mənbələri bərpa olunub. Hazırda istismar işləri davam edir. Şuşa şəhərinin daxilində hərbçilərin yerləşdiyi binalar və yaşayış olmayan binaların hər biri təftiş olunur. Eyni zamanda, "Azərsu" Şuşa şəhərinə içməli suya olan təminatı yaxşılaşdırmaq üçün bir su maşını da təhkim edib. Ehtiyac olan yerlərə həmin maşın vasitəsilə içməli su çatdırılır, hazırda şəhər ərazisində istismar işlərinin davam etdirilməsi üçün 24 saatlıq iş rejimi tətbiq olunub. Şuşa şəhərinin içməli su ilə təchizatı üçün anbar zonasında zərərsizləşdirici qurğu da quraşdırılıb.