• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 19.01.2021 15:26

Müdafiə Nazirliyi Füzuli rayonunun Şəkərcik kəndindən videogörüntülər yayımlayıb

KepezTV Player

Müdafiə Nazirliyi Füzuli rayonunun Şəkərcik kəndindən videogörüntülər yayımlayıb. Əhalisi 800 nəfər olan kənddə məktəb, klub, kitabxana, uşaq bağçası olub. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan Yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıb. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılıb. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. Şəkərcik ərazisində tədqiqatlar zamanı sübut olunub ki, burada e.ə. I minilliyin əvvəllərində son tunc dövrünə aid yaşayış yerləri olub.