• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 19.01.2021 16:12

Dağlar ağ örpəyə bürünüb

KepezTV Player

Ötən gündən başlayaraq müşahidə olunan qarlı şaxtalı hava qərb bölgəsində fəsadsız ötüşməyib. Dağ rayonlarına gediş-gəliş çətinləşib. Əməkdaşımız Natiq Hüseyn Şəmkir-Gədəbəy yolunda vəziyyətlə maraqlanıb.

Davam edən qar yağışı Şəmkirin dağ kəndləri ilə əlaqədə müəyyən çətinlik yaradıb. Avtombillərin təhlükəsiz hərkətini təmin etmək üçün yollara duz qarşıq qum səpilir.

Məqsəd Rzayev yol işçisi Çıxmışıq səhərdən yoldayıq. Bütün yoları nəzarətə götürmüşük. Hər şey öz qaydasındadır. Hərəkət var.

Baş verə biləcək hadisələrin qarşısnı almaq üçün Yasamal aşırımına daha çox diqqət yetirilir. Çünki sərt döngələri olan dolaylarda avtomobillərin hərəkəti elə də asan deyil.

Hazırda qar yağmaqda davam edir. Bu səbəbdəndə yol təsərrüfatı işçiləri Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımlarında qabaqlayıcı tədbirlər aparırlar. Baxmayaraq ki yollarda avtomobillərin intensivliyi o qədərdə müşahidə olunmur.

Şəmkir-Gədəbəy yolunda apardığımız müşahidələr zamanı avtomobillərini mövsümə uyğun hazırlamayıb yola çıxan sürücülərə də rast gəlinib. Belə sürücülərin bir çox yolun yarısından geri qayıtmalı olublar. Bəzi sürücülər isə təcürbələrinə güvənərək bu cür hava şəraitində avtomobil idarə etməyin çətin olmadığını deyirlər.

Sürücü Mənim 32 il stajım var. Mənim üçün problem deyil. Amma naşı adamlar çoxdur. Dərə-təpədir aşırımlardır. Maşındı ola bilər sözümüzə baxmaz.

Gədəbəy sakini Biz Gədəbəy rayonunun Miskinli kəndində yaşayırıq. Belə havaya vərdiş eləmişik. Bizim üçün problem yoxdur.

Şəmkir sakini Şəmkirdə belə qar yoxdur. Gədəbəy yolunda belədir.

Qarlı hava böyüklərin qayğısını artırsa da balacaların sevincinə səbəb olub. Bu səbəbdən bəzi ailələr ilk qarın sevincini məhz Yasamal aşırımında yaşayıblar.  

Turxan Quliyev Şəmkir sakini Atam mənə söz vermişdi qara aparacam səni. Ona görə də gətirib. İndi qar oynayıram.

Şəmkirin dağ kəndlərinə yağan qarın qalınlığı 10-15 santımetrə çatıb. Qarşıdakı günlərdə qarlı şaxtalı hava davam edəcəyi təqdirdə sürüclərin daha diqqətli olub sükanı əldən verməməsi tövsiyyə olunur.

Natiq Hüseyn