• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 19.01.2021 12:22

Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəklərmi?

KepezTV Player

TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib. Bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir. Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər "E-TƏBİB" sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər. Azərbaycan vətəndaşlarının xarici ölkəyə səfəri zamanı şəxsdən COVİD-19-a qarşı peyvənd olunması barədə təsdiqedici sənədin istənilib-istənilməyəcəyinə, peyvənd olunmamağın xaricə səfər etmədə hər hansı əngəl yaradıb-yaratmayacağına aydınlıq gətirilib. Vurğulanıb ki, bununla bağlı dünya ölkələrinin rəsmi rəyi yoxdur. Azərbaycanda keçirilən vaksinasiya prosesində peyvənd olunan hər kəs elektron formada mütləq qeydiyyata alınacaq. Gələcəkdə əgər vətəndaşın xarici ölkəyə səfəri etməsi zamanı hər hansısa məhdudiyyətlər tətbiq olunarsa, həmin şəxsin peyvənd olunduğu haqda təsdiqedici sənəd veriləcək.