• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 19.01.2021 12:25

Şəhid ailələri ziyarət edilib

KepezTV Player

Şəhid Orxan Namazov Vətən müharibəsində əsil qəhrəman, qorxmaz, igid döyüşçü kimi vuruşub. Ermənilərin Tovuz təxribatının da iştirakçısı olan gizirin ailəsini ziyarət edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onların qayğıları ilə maraqlanıb. Murovdağ, Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Orxan Namazov Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb.

Risalə Əhmədova - şəhidin qohumu:  O şəhid olandan sonra “Vətən uğrunda” və “Suqovuşan” uğrunda medalları ilə təltif olunub. Hətta körpə yaşlarından belə işğal olunan torpaqlarımızın adını və işğal olunan tarixlərə kimi hamısını bilirdi. Çox vətənpərvər uşaq idi. Vətən sevgisi elə bir hisdir ki, onu insana öyrətməklə deyil insanın öz içindən, qanından gəlməlidir. Bu uşaqda körpəlikdən elə idi.

 O şəhid olandan sonra “Vətən uğrunda” və “Suqovuşan” uğrunda medalları ilə təltif olunub. Hətta körpə yaşlarından belə işğal olunan torpaqlarımızın adını və işğal olunan tarixlərə kimi hamısını bilirdi. Çox vətənpərvər uşaq idi. Vətən sevgisi elə bir hisdir ki, onu insana öyrətməklə deyil insanın öz içindən, qanından gəlməlidir. Bu uşaqda körpəlikdən elə idi

Şəhər meri Vətən müharibəsinin şəhidi Abdulla Paşayevin də ailəsi ilə görüşüb. Müharibəyə hərbi xidmətdən yollanan əsgərin qızğın gedən döyüşlərdə igidlik göstərdiyi, döyüş meydanında qorxmazlığı ilə seçildiyi vurğulanıb. Füzulinin kəndlərinin işğaldan azad edilməsində böyük şücayətlər göstərərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.