• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1221
— 18.01.2021 19:52

Rusiyadan pirotexnik qrup, texnika və avadanlıqlar gətirilib

KepezTV Player

Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunan torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir. Aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiyadan ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avadanlıqlar gətirilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə yola düşüb.