• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 18.01.2021 16:28

Olimpiadalara hazırlıq məqsədilə kitab hazırlanıb

KepezTV Player

Gəncənin orta məktəblərində olimpiada qruplarının yaradılması nəzərdə tutulur. Bu şagirdlərin bilkik yarışlarına daha yaxşı hazırlaşması məqsədi daşıyır. Bu istiqamətdə ilk addım da atılıb. Riyaziyyat fənni üçün olimpiada proqramına uyğun kitab nəşr olunub. Vəsait Gəncənin şəhid riyaziyyat müəllimi Rabil İsmayılovun xatirəsinə həsr edilib.

Yerli və beynəlxalq fənn olimpiadalarında iştirak etmək üçün formalaşdırılan baza şagirdlərin imkanlarını genişləndirməklə onlarla işin xüsusiliyini dəlalət edir. Yaxın günlərdə Gəncədə bilik yarışlarına hazırlıq üzrə start veriləcək işlər məhz bu məqsədi hədəfləyir. Bunun üçün şəhər Təhsil İdarəsində yaradılan komissiya bu istiqamətdə işlərin təşkili ilə məşğul olacaq.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Həmin mərkəzlərdə də xüsusi istedadı ilə seçilən şagirdlərə müvafiq vəsaitlərdən və müəllimlərin xidmətlərindən istifadə etməklə həm respublika fənn olimpiadalarına hazırlığını təşkil edək, həm də seçilmiş uşaqların beynəlxalq olimpiadalarına hazırlığına təkan verək. Müvafiq materiallarla nazirlik bizi təmin edir, əlavə materialların olması üçün də biz özümüz müxtəlif mənbələrdən istifadə edirik. Eyni zamanda həmin müəllimlərlə də işləməyə start verəcəyik. Həmin müəllimlər də şagirdləri dərs vəsaiti ilə təmin edəcək ki, şagirdlərimiz hərtərəfli formada buna hazır ola bilsin.

Olimpiadalara hazırlıq istiqamətində ilkin addım olaraq “Riyaziyyat və olimpiada” adlı yeni kitab çap olunub. 8-9-cu sinif şagidrləri üçün nəzərdə tutulan vəsait xarici mənbələrdən istifadə edilməklə ərsəyə gəlib. 300-dən artıq testin izahlı təhlili verilən kitab Vətən müharibəsində şəhid olan Gəncənin 14 nömrəli orta məktəbinin riyaziyyat mülliminin xatirəsinə nəşr olunub.

Elnur Qasımov - kitabın müəllifi: İş yoldaşım, həmkarım, riyaziyyat müəllimi Rabil İsmayılov vətən müharibəsində ehtiyatda olan zabit kimi iştirak edirdi. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid oldu. Düşündüm ki, onunla başladığımız bu layihənin davamı olsun ki, onun adını əbədiləşdirək. Bu vəsaitlərin içərisində də şəhidimizin şəkili göstərilib ki, hər bir şagird buna baxanda həmişə düşünsünlər ki, müəllimlər nəinki məktəbdə həm də yeri gələndə düşmənə cavab verməyə qadir olan şəxslərdi. Kitab Təhsil Nazirliyinin olimpiada üzrə proqramı əsasında hazırlanıb. Həmin proqram əsasında da bütün mövzular əhatə olunur.

Kitab Gəncə və qərb bölgəsində ilk dəfədir nəşr edilib. Olimpiadaya hazırlıq vəsaiti şəhər məktəblərindəki kitabxanalara 2 nüxsə olmaqla hədiyyə ediləcək.

 

Elnur Vahidoğlu