• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1062
— 18.01.2021 16:04

"Erməni rəsmilərinin bəyanatları gərginlik yaradır"

KepezTV Player

Hərbi əsirlərin mübadiləsi məsələsi 10 noyabr üçtərəfli bəyanatın tərkib hissəsidir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib. Qeyd edib ki, əsirlərin mübadiləsi məsələsində Ermənistan tərəfinin daha çox problemləri olub. Çünki ermənilər belə bir siyahını dərhal və tam şəkildə təqdim etməyib. Rusiyalı nazir Qarabağın müstəqilliyini tanımayacaqlarını da sözlərinə əlavə edib.