• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 18.01.2021 16:01

Müdafiə Nazirliyi Füzuli rayonunun Merdinli kəndindən videogörüntülərini yayıb

KepezTV Player

Müdafiə Nazirliyi Füzuli rayonunun Merdinli kəndindən videogörüntülərini yayıb. Bir çox tədqiqatçının fikrinə görə, Merdinli kəndi merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə həmin nəslin adı ilə adlandırılıb. Merdinli kəndinin 1750-ci ilə qədərki adi Qarabulaq olub. Digər bir mülahizəyə görə Qarabağ xanı Pənahəli xan Şuşa qalasını inşa edərkən Qarabag kəndlərinin hamısına qalanın tikintisi uçun bir dəvə göndərməyi əmr edib. Qarabulaq kəndinin o zamankı bəyi Bəylər bəy kənddəki evlərin sayı qədər dəvə göndərib, Pənahəli xan bu kəndə mərdünlü (yəni, mərd səsli) adı verib, Şuşa qalası tikildikdən sonra da bu şəhərin 17 məhəlləsindən biri Mərdünlü adlandırılıb. Sovet hakimiyyəti zamanı hər yerdə merdinli yazılıb, toponim olaraq əzəli mənasından qismən uzaqlaşdırılıb.