• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 16.01.2021 20:47

Hirkan Milli Parkında baş verən yanğın qismən söndürülüb

KepezTV Player

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib.

Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri işlər görülür.

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin amfibiya təyyarəsi, eləcə də müvafiq qurumların əməkdaşları cəlb olunub.