• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 16.01.2021 16:34

Füzuli rayonunun Mirzəcamallı və Ağdam rayonunun Şelli kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb. Mirzəcamallı оbası Hacılı camaatına qatılan оbalardan biri idi. XVIII yüzildə Türkman, XIX əsrdə Tərəkəmə adlanırdı.Köndələnçayın sahilində, dağətəyi ərazidədir.Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb va onun adı ilə adlanıb.9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndindən də videogörüntülər təqdim edib. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunub. 20 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdama daxil olub və kənd işğaldan azad edilib. Şellidə Azərbaycan bayrağı ucaldılıb.