• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 15.01.2021 19:03

Vaksinasiya yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək

KepezTV Player

Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir. Səhiyyə nazirliyinin məlumatına görə, vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən ediləcək. Peyvəndlənmə olunduqdan sonra 30 dəq ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınacaq. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa vətəndaş evə buraxılacaq.