• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 15.01.2021 19:15

Çavuşoğlu sülhməramlılarının statusuna dair anlaşmadan danışdı

KepezTV Player

“Biz ayrıca olaraq Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, bu məsələdə Azərbaycandan hər hansı bir şikayət gəlməyib.  “Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil” deyən nazir qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. Qarabağda atəşkəsə əməl olunması üzrə ortaq monitorinq mərkəzində isə 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək. Hərbçilər oraya yola düşməyə başlayıblar. Nazir əlavə edib ki, bu, kiçik müşahidə mərkəzi olacaq, amma zərurət olacağı təqdirdə genişləndirmək mümkün olacaq.