• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2004
— 15.01.2021 19:42

11 yanvar bəyanatı müzakirə edilib

KepezTV Player

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvarda Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.