• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 15.01.2021 19:58

“Tək Millət,Tək Ürək” platforması Şəmkirdə

KepezTV Player

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi üzvləri “Tək Millət, Tək Ürək” platforması çərçivəsində Şəmkir rayonunda şəhid ailəri və Qarabağ qazilərini ziyarət edib. Birliyin üzvləri ailələrin qayğıları ilə maraqlanıb onlara ərzaq bağlamaları çatdırıblar. 44 günlük müharibədə Azərbaycan ordusunun qazandığı tarixi qələbədən danışılıb, döyüşlərdə şəhid olan və yaralanan şəxslərin daim diqqətdə saxlanıldığı vurğulanıb. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri, Vətən Müharibəsində qonşu dövlətin göstərdiyi dəstək yüksək qiymətləndirilib. Kür qəsəbəsi, Mahmudlu və Yeniabad kəndlərində şəhid ailələri, eləcə də Çinarlı qəsəbəsində əsrlikdən qayıdan Dilqəm Əsgərov ziyarət olunub.  Ümumilikdə rayon üzrə 30-dan çox ailəyə ərzaq yardımı ilə yanaşı simvolik hədiyyələr də verilib.

Faiq Qurbanov “Tək Millət, Tək Ürək” Hümanitar Platformasının koordinatoru Bu günə qədər 18 rayonumuzda 900-ə yaxın şəhid ailəsi və 1300-dən çox qazimizlə görüşümüz olub. Məqsədimiz onları tək qoymamaqdır.

Əli Güngör TÜİB sədr müavini Bu gün o böyük rəhbər Şuşadadır. Dünyaya mesajları Şuşadan verir. Allah canlarını sağ eləsin. Türk dünyası olaraq bizdə şəhid və qazilərimizin Azərbaycanımızın yanındayıq.

 

Natiq Hüseyn