• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 15.01.2021 15:27

690 ha ərazi təmizlənib

KepezTV Player

ANAMA tərəfindən 13-14 Yanvar tarixlərində Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri aparılıb. Nəticədə 121 ədəd partlamamış hərbi sursat, 19 ədəd piyada əleyhinə mina, 45 ədəd tank əleyhinə mina, 14 ədəd tank əleyhinə mina partladıcısı, 7 006 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd ov tüfəngi və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub. 690 ha ərazi yoxlanılıb. Agentliyin partlayış qrupu tərəfindən 136 ədəd partlamamış hərbi sursat, 579 ədəd mina və 5 ədəd bombacıq zərərsizləşdirilib.