• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 15.01.2021 11:24

Azərbaycanda ən yaşlı pensiyaçının 131 yaşı var

KepezTV Player

Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır. Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun qeydiyyat ünvanı Lənkəran rayonudur.