• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 15.01.2021 11:52

DSX Xüsusi Məktəbinə şagird qəbul edir

KepezTV Player

Dövlət Sərhəd Xidməti 2021/2022-ci tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə, 2020/2021-ci tədris ili üzrə VI, VII, VIII və IX siniflərə şagirdlərin qəbulunu elan edib. Tədris dili Azərbaycan dilidir. Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2021-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, VI, VII, VIII və IX siniflərə keçiriləcək qəbul imtahanlarında qəbul aparılan ildə ümumi təhsil pilləsinin həmin sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan, Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Namizədlər yanvarın 15-dən fevralın 28-dək Dövlət İmtahan Mərkəzinin rəsmi saytında “Şəxsi kabinet” yaratmalı və pul hesabına 30 AZN əlavə etməlidirlər. Sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.